AZ

Ayxan Abbasov: "Qazandığımız ilk xal əlavə güc verəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qazandığımız ilk xal əlavə güc verəcək".
Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
"Hesabdan asılı olmayaraq, sona qədər mübarizə aparmalarını demişdim. Azarkeşlərimizin dəstəyi də bizə kömək etdi. Emin Mahmudov yorulmuşdu, amma meydandan çıxmaq istəmədi. Azarkeşlərin dəstəyi ona kömək etdi. Qazandığımız xal bizim inkişafımıza töhfə də verə bilər. Rəqib güclü idi. Hər iki komanda uzun səfərdən sonra yorğun idi. Emin Mahmudov üçün çox sevincliyəm, çoxdandır istədiyi qolu vurdu. İstəyim Azərbaycan futbolunun inkişaf etməsidir. İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda əsl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək. Vaxtımız hədsiz az idi. 1 gün ərzində nə etmək olardısa, onu etdik. Çalışdıq ki, yığmanın psixoloji durumunu qaldıraq. Rəqibi təhlil etmək üçün də vaxtımız məhdud idi. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq".
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Anar Həsənov
Seçilən
11
oxu.az

1Mənbələr