AZ

Emin Mahmudov Qurban Qurbanova məxsus 21 illik rekordu yenilədi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan millisində 15-ci qolunu vuran Emin Mahmudov Qurban Qurbanovun 14 qolluq göstəricisini geridə qoyaraq adını tarixə yazdırıb.

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub. O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.

"Qarabağ"ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib.

Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15-ci qolunu vurub.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
21
oxu.az

10Mənbələr