Bakı. Trend:
İsveçdə Xristian Demokrat partiyasının Höteborqdan olanbələdiyyə müşaviri Elisabet Lann səhiyyə naziri təyin edilib.
Trend xəbər verirki, o, əvvəllər parlamentin səhiyyə məsələləri üzrə komitəsindəçalışıb.
Yeni nazir daxili siyasətlə yanaşı, beynəlxalq mövzularla dafəal maraqlanır. O, Höteborq Universitetində şərqşünaslıq təhsilialıb və təhsilini Qüdsdə davam etdirərək fələstinlilər vəisraillilərlə birgə sülh və inkişaf məsələlərini araşdırıb.
Xatırladaq ki, Baş nazir Ulf Kristerssonun hökumətdə dəyişiklikbarədə qərarından sonra, parlament seçkilərinə bir il qalmış, sabiqnazir Ako Ankarberq Yohansson gözlənilmədən istefa vermişdi.