AZ

Zelenski: "Putin Trampa Donbası 3-4 aya tutacağını deyib"

"Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiyanın Donbası almaq üçün 3-4 ay vaxt tələb olunacağını söyləyib".

"Ölkə.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News" telekanalına müsahibəsində deyib.

"Yəni o, amerikalılara, Ağ Evə və Trampın nümayəndəsi Uitkoffa deyir ki, Donbası iki-üç aydan, maksimum dörd aydan sonra tutacaq", - deyə Zelenski bildirib.

Ukrayna lideri Donbası "ən döyüş qabiliyyətli qüvvələrin olduğu çox möhkəmləndirilmiş hissə" adlandırıb:

"Bu, qalaya bənzəyir... və əgər biz qoşunları çıxarsaq və o, bütün Donbası alsa, Xarkova doğru 90 kilometr irəliləməyəcəyinə kim zəmanət verə bilər? O, həmişə Xarkovu istəyirdi".

Seçilən
51
3
olke.az

4Mənbələr