AZ

Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək…

...Avropa İttifaqı Moskvanın gəlirlərini məhdudlaşdırmaq üçün Rusiyadan neft və qaz alan Çin və digər ölkələrə qarşı sanksiyaları müzakirə edir.

SİA xəbər verir ki,bu barədə “Financial Times” məlumat yayıb

ABŞ prezidenti Donald Tramp Putini sülh danışıqlarına məcbur etmək cəhdlərinin nəticəsiz qalmasından sonra Avropa İttifaqı ilə əməkdaşlıqda yeni tədbirlərə hazır olduğunu bildirib.

Avropa İttifaqının nümayəndə heyəti ABŞ Maliyyə Nazirliyinin rəsmiləri ilə sanksiyaları müzakirə etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır.

Avropa İttifaqının ikinci dərəcəli sanksiya təklifləri “çox erkən mərhələdədir” və çətin ki, ABŞ-ın təsdiqi olmadan qəbul olunsun. Onlar bütün 27 Avropa İttifaqı ölkəsinin yekdil razılığını tələb edəcəklər.

Macarıstan və ola bilsin ki, Slovakiya başda olmaqla, bu cür tədbirlərə qarşı çıxa bilər, çünki onlar Rusiya enerjisindən asılıdır.

Avropa İttifaqı hazırda Rusiya neftinin ən böyük idxalçısı olan Çinə, eləcə də digər ölkələrə qarşı tədbirləri müzakirə edir.

Keçmişdə Avropa İttifaqı iki Çin bankına qarşı kiçik sanksiyalarla məhdudlaşıb.

Çin Avropa İttifaqının ABŞ-dan sonra ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır və Rusiyanın enerji resurslarının alışını fəal şəkildə artırır - dəniz və boru kəmərləri ilə nəqllər də daxil olmaqla gündə təxminən 2 milyon barel neft…

Ötən həftə Putin Çində keçirilən hərbi paradda iştirak edib. Əməkdaşlığın gücləndirilməsi əlaməti olaraq Pekin daxili istiqraz bazarını Rusiyanın enerji şirkətləri üçün açmağa hazırlaşır.

Tarixən Qərbin sanksiyaları Çinin ucuz Rusiya neftinə olan tələbatına az təsir göstərib. Eyni zamanda, Avropa İttifaqı yeni məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır, Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyanın enerji resurslarının idxalını dayandırmağın və onlardan tədricən imtina etməyin vacibliyini vurğulayır.

ABŞ-ın enerji naziri Kris Rayt Brüsseldə avropalı həmkarları ilə sanksiyaların koordinasiyasını müzakirə edəcək. Onun fikrincə, Avropa İttifaqı Moskvaya qarşı yeni tədbirləri uğurla həyata keçirmək üçün Rusiyanın enerji resurslarının öz alışını dayandırmalıdır.

Əli Babayev

Seçilən
13
1
sia.az

2Mənbələr