AZ

“Fənərbaxça”nın yeni baş məşqçisi o oldu

Portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə yollarını ayıran “Fənərbaxça” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sarı-lacivərdliləri bundan sonra təcrübəli italiyalı mütəxəssis Domeniko Tedesko çalışdıracaq.

Qeyd edək ki, Tedesko son olaraq Belçika millisinin baş məşqçisi olub.

Xatırladaq ki, İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya məğlub olduqdan sonra klub rəhbərliyi Joze Mourinyo ilə yolları ayırmaq qərarına gəlmişdi.

“Cebheinfo.az”

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr