“Maklaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Monza mərhələsində çətinlikləri əvvəlcədən gözləyirdilər və əvvəlki yarışlarda olduğu kimi dominant çıxış gözləmirdilər.
90deqiqe.Az-ın “GP Blog”a istinadən yaydığı məlumata görə, Stella qeyd edib ki, komandalarının pilotları Lando Norris və Oskar Piastrinin ikinci və üçüncü yerləri tutduqları halda “Red Bull”un sürücüsü Maks Verstappen birinci olub və ən yaxşı tempi göstərib.
“Qeyd etməliyəm ki, biz gözləyirdik ki, Macarıstan və Zandvort yarışlarındakı kimi dominant olmayacağıq. Burada rəqiblərdən bu qədər fərqlənəcəyimizi düşünmürdük, amma potensial olaraq digər komandalarla eyni sürətdə olacağımızı gözləyirdik. Kvalifikasiyada ‘Red Bull’ bizdən 0,1–0,2 saniyə sürətli idi. Yəqin ki, yarışda fərqi bir qədər də artırdılar. Verstappenin tempinə ilk hissədə Lando’yu qabaqlayıb böyük fərq yaratmaq üçün kifayət qədər sürət çatdı”