...Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" sosial şəbəkəsindəki səhifəsində dost olmayan ölkələr Rusiyaya təhlükəli bitkilər gətirə biləcəyi ehtimalını bəyan edib.
O qeyd edib ki, canlı orqanizmlərin invaziv növləri bir çox ölkələrin, o cümlədən Rusiyanın iqtisadiyyatına xeyli ziyan vurur, meşə və su ehtiyatlarının azalmasına, məhsul itkisinə, əhalinin sağlamlığının pisləşməsinə səbəb olur.
...Bir sıra qeyri-dost dövlətlər onların bilərəkdən ərazimizə yeridilməsini Rusiyaya qarşı bioloji mübarizə üsulu kimi qiymətləndirirlər. Biz bu risk faktorunu nəzərə almalıyıq.
Bunu Dmitri Medvedev deyib.
Təhlükəsizlik Şurasının bioloji təhlükəsizliyə müasir təhdidlərə qarşı mübarizə üzrə idarələrarası komissiyasının iclasının iştirakçıları tərəfindən yad bitki və heyvan növlərinin yaşayış yerlərindən kənara yayılması müzakirə olunub.
Qeyd edək ki, Kolorado böcəyi SSRİ-də təbliğat vasitəsi kimi istifadə olunurdu.
Soyuq Müharibə zamanı SSRİ iddia edirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi Varşava Müqaviləsi iştirakçılarının əkin sahələrini Kolorado böcəkləri ilə çirkləndirərək onların məhsullarını təyyarələrdən ataraq məhv edib.
Əli Babayev