AZ

İki Çin bankı və Hindistandakı Nayara neft emalı zavodu..?

...Bu həftə Brüssel Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təklif edəcək. Ən maraqlısı odur ki, yeni “qara siyahı”ya iki Mərkəzi Asiya ölkəsinin bankları da daxil edilməlidir.

SİA-nın məlumatına görə, Sky News-un jurnalistləri xatırladır ki, iki Çin bankı və Hindistandakı Nayara neft emalı zavodu artıq sanksiyalar siyahısına daxil edilib.

19-cu sanksiyalar paketi ilə bağlı qalan detallar hələlik məlum deyil.

Keçən həftə Avropa İttifaqının sanksiya nümayəndələri sanksiyalar siyasəti vasitəsilə Kremlə təzyiqin artırılması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-da olublar.

Bloomberg artıq bank sektoru və enerji şirkətlərinin sanksiyalara məruz qalacağını bildirib.

Brüssel Rusiyaya təzyiqi artırmaq üçün sanksiyalar məsələsində ABŞ-la birləşmək istəyir. ABŞ-ın energetika naziri Kris Rayt açıq şəkildə bildirib ki, Avropa İttifaqı Kremldən neft və qaz almağı dayandırarsa, Vaşinqton Rusiyaya qarşı sanksiyaları artırmağa hazırdır.

Əli Babayev

Seçilən
8
1
sia.az

2Mənbələr