ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İsrail Qüdsdə törədilən terrora cavab olaraq HƏMAS rəhbərliyini məhv etmək qərarına gəlib.
Globalinfo.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Katzın birgə bəyənatında qeyd olunub.
Xatırladaq ki, İsrail Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli liderlərini məhv etmək üçün bu gün Qətərin paytaxtı Dohaya zərbələr endirib. Məlumata görə, nəticədə hərəkatın 6 yüksək rütbəli rəsmisi həlak olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.