AZ

“Fənərbağça”nın yeni baş məşqçisi bilindi

Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisini müəyyənləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi italiyalı mütəxəssis Domeniko Tedesko ilə 2 illik müqavilə imzalayıb.

Klubun açıqlamasına görə, Tedescoya məşqçi heyətində kömək edəcək adlardan biri komandanın sabiq futbolçusu və kapitanı Gökhan Gönül olacaq.

39 yaşlı mütəxəssisin son iş yeri Belçika milli komandası olub. O, həmçinin Almaniyanın “Şalke”, “Leypsiq” və Rusiyanın “Spartak” (Moskva) klublarında da çalışıb.

Seçilən
28
90deqiqe.az

1Mənbələr