AZ

İsrail Dohaya hücuma görə məsuliyyəti öz üzərinə götürdü

“İsrail Hərbi Hava Qüvvələri sentyabrın 9-da Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək rütbəli liderlərinə qarşı hava hücumu həyata keçirib”.

Tribunainfo.az xəbər verir ki, bu, İsrail ordusunun yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, bu, İsrailin Qətər torpağında ilk əməliyyatı idi.

“Hücumdan əvvəl, dəqiq silahlardan istifadə və əlavə kəşfiyyat məlumatlarının verilməsi də daxil olmaqla, əlaqəsi olmayan şəxslərə dəyən zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb”, – məlumatda vurğulanıb.

Seçilən
12
4
tribunainfo.az

5Mənbələr