
Atəşkəs danışıqları zamanı HƏMAS nümayəndə heyətinə hücum İsrailin sülh istəmədiyini, əksinə, müharibəni uzatmağa çalışdığını göstərir.Bu barədə İsrailin Qətərə endirdiyi zərbədən sonra Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Ankarada qeyd olunub ki, hücum nəticəsində vasitəçi rolunu oynayan Qətər də bölgədə hücuma məruz qalan ölkələr sırasında yer aldı.Türkiyə XİN İsrailin hərəkətlərini pisləyib və Dohanı dəstəklədiyini vurğulayıb:«Bu, İsrailin regionda ekspansionist siyasətinin və terrorizmi dövlət siyasəti kimi qəbul etməsinin açıq göstəricisidir».Ulusum.az
Diqqət Çəkənlər
İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Avstraliyada qohumlarını zəhərləyən qadın ömürlük həbs cəzası aldı
Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb