ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonunun Yarovaya kəndinə Rusiya aviasiyasının endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalında məlumat verilib.
"Rusiya aviasiyasının Kramatorsk rayonunun Yarovaya kəndinə endirdiyi kinli zərbə nəticəsində 24 nəfər həlak olub, 19 nəfər yaralanıb. Hadisə yerində bütün fövqəladə xidmətlər işləyib. Xilasedicilər iki yaralını stabilləşdirmə məntəqəsindən tibb müəssisəsinə çatdırıb və düşmənin atəşi nəticəsində başlayan yanğını söndürüblər", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya hərbçiləri Yarovaya kəndində yerləşən "Ukrpoşta" mobil məntəqəsinə havadan zərbələr endirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.