AZ

Uğurlu sülh diplomatiyası

Vaşinqton razılaşmaları müasir tariximizin ən mühüm siyasi hadisələrindən biridir. Bu razılaşmalarAzərbaycan dövlətçiliyinin, sülh diplomatiyasının və müdrik liderliyin təntənəsini ifadə edir.

Cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsi, ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda yeni reallıqlar yaratdı. Vaşinqtonda imzalanan razılaşmalar bu reallıqların beynəlxalq müstəvidə təsdiqidir.

Bu uğurun arxasında möhtərəm Prezident İlham Əliyevin müdrik liderliyi, xalqımızın qətiyyəti və dövlətimizin prinsipial siyasəti dayanır. Azərbaycan bu gün regionda yalnız qalib dövlət kimi deyil, həm də sülhün qurucusu, əməkdaşlığın təminatçısı kimi qəbul edilir.

Əziz həmkarlar, Vaşinqton razılaşmalarının ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinə açılan yoldur. Lakin beynəlxalq müstəvidə artıq yeni bir anlayış formalaşıb – Trump Route forInternational Peace and Prosperity, yəni TRİPP. Bu ad təsadüfi seçilməyib. Çünki söhbət təkcə bir yol xəttindən getmir, söhbət sülhün, sabitliyin və tərəqqinin beynəlxalq rəmzindən gedir.

Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirərək ölkəmizə maneəsiz quru bağlantısı verəcək və regionu yeni iqtisadi xəritəyə çıxaracaq. Amma bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də Asiyadan Avropaya uzanan qlobal ticarət və nəqliyyat arteriyasıdır. Bu dəhliz vasitəsilə biz yalnız malların deyil, həm də mədəniyyətlərin, biliklərin, texnologiyaların axışına şərait yaradacağıq.

TRİPP layihəsinin reallaşması həm də geosiyasi mənzərəni dəyişir. ABŞ-ın vasitəçiliyi ilə əldə edilən razılaşmaya əsasən, bu yol üzərində beynəlxalq hüquqa uyğun, kommersiya əsaslı əməkdaşlıq formalaşır. Eyni zamanda, bu yol Azərbaycanın strateji üstünlüyünü daha da artırır, ölkəmizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsindəəvəzolunmaz bir tranzit mərkəzinə çevirir.

Bu sənəd bir daha göstərdi ki, Azərbaycan təkcə güclü dövlət deyil, həm də sülh və əməkdaşlıq təşəbbüslərinin aparıcı mərkəzidir. Müharibədən qalib çıxmış ölkəmiz indi də regionu sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevirməkdədir.

Hörmətli Millət Vəkilləri!

Azərbaycanın sülh gündəliyi artıq beynəlxalq bir nümunəyə çevrilir. Biz bu razılaşmaları sadəcə diplomatik nailiyyət kimi yox, gələcək nəsillərə bəxş edilən sabitlik zəmanəti kimi qiymətləndirməliyik.

Bu gün Milli Məclis olaraq bizim borcumuz – dövlət başçımızın müəyyən etdiyi bu tarixi xəttə dəstək vermək, qanunvericilik bazasını möhkəmləndirməkvə xalqımızın sülh, tərəqqi arzularını təmin etməkdir.

Yaşasın müstəqil Azərbaycan! Yaşasın müdrik liderliyimizin sülh diplomatiyası!

Müşfiq Məmmədli,

Milli Məclisin deputatı

Seçilən
10
sabahinfo.az

1Mənbələr