
Nepal hökuməti kütləvi etirazlardan sonra sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib. BBC yazır ki, etirazlar zamanı ən azı 19 nəfər həlak olub.Rabıtə naziri Prithvi Subba Gurung bildirib ki, qərar “Z nəsilinin tələblərinə cavab olaraq” qəbul olunub.Qadağa bir neçə gün məhkəmə qərarı ilə qüvvədə idi. Məhkəmə sosial platformaların Rabitə Nazirliyində qeydiyyatdan keçməsini və kontentin monitorinqinə razılıq verməsini tələb edirdi. Lakin Facebook, X və YouTube da daxil olmaqla, heç bir böyük şəbəkə bu şərtləri qəbul etmədi.Katmandu və digər şəhərlərdə keçirilən etiraz aksiyaları toqquşmalara çevrildi: polis gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə etdi. Paytaxtda 17 nəfər, İtahari şəhərində isə 2 nəfər həlak olub. Ölkədə komendant saatı elan edilib, ordu küçələrə çıxarılıb.Nepalda milyonlarla insan sosial şəbəkələrdən yalnız ünsiyyət üçün deyil, həm də biznes və turizm məqsədilə istifadə edir. Buna görə də qadağa cəmiyyət üçün son dərəcə həssas qəbul olunub.Ulusum.az
Diqqət Çəkənlər
İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Avstraliyada qohumlarını zəhərləyən qadın ömürlük həbs cəzası aldı
Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb