AZ

Rəqib məşqçinin üzünə tüpürən Suaresin cəzası nə olacaq?

ain.az, Fanat portalına istinadən məlumat verir.

"İnter Mayami"nin ulduz futbolçusu Luis Suares, “Seattle Sounders”lə keçirilən oyunda qalmaqallı hərəkətinə görə ağır cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, uruqvaylı hücumçu qarşılaşma zamanı rəqibin köməkçi məşqçisinin üzünə tüpürdüyü üçün 6 oyunluq cəza alıb.

Bu qərar MLS intizam komitəsi tərəfindən təsdiqlənib və Suaresin komandası üçün önəmli bir itki olduğu vurğulanır. Hücumçu son həftələrdə "İnter Mayami" forması ilə yüksək məhsuldarlıq nümayiş etdirirdi.

Klubun yaxın günlərdə bu qərarla bağlı rəsmi etiraz edib-etməyəcəyi isə hələ açıqlanmayıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
4
fanat.az

5Mənbələr