AZ

Naxçıvan-Bakı avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb

BAKI, 9 sentyabr. TELEQRAF

Hesablama Palatası tərəfindən aparılan audit zamanı Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyindəbir sıra ciddi nöqsanlar üzə çıxıb.

Teleqraf Hesablama Palatasına istiandən xəbər verir ki, Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı isə kassa sənədləşdirilməsi aparılmayıb.

yəni 2023-cü ildə 593436,0 manat, 2024-cü ildə isə 919950,0 manat həcmində pul vəsaitləri kassa kitabı, kassa mədaxil və məxaric orderləri, digər təsdiqedici sənədlər olmadan toplanıb. Toplanmış vəsaitin 78%-i sürücülərə qeyri-rəsmi qaydada əlbə-əl verilmiş, 22%-i isə xəzinədarlar tərəfindən ödəmə terminalı vasitəsi ilə Agentliyin bank hesabına mədaxil edilib.

Bundan əlavə, 580 ədəd şəhərlərarası avtobus biletinin kəsir hissəsi olan 3 828 manat Agentliyin bank hesabına tam şəkildə bərpa edilib.

Agentliyin icarəyə verdiyi 18 nəqliyyat vasitəsindən isə 20 088 manat dəyərində ehtiyat hissələri icarəçi tərəfindən təmir xərcləri qarşılanmalı olduğu halda, Agentliyin anbarından silinib.

Eyni zamanda, elektrobuslar üçün alınmış charger aparatlarının 5 ədədi hələ də istifadəsiz anbarlarda saxlanılır. Bu avadanlıqların zəmanət müddəti 2024-cü ilin aprel ayında başa çatıb və istifadəyə verilməməsi təchizatçının məsuliyyətinin itirilməsinə səbəb ola bilər. 2024-cü ildə isə əlavə 10 ədəd charger aparatı alınaraq anbara əlavə edilib ki, bu da ehtiyacın düzgün qiymətləndirilmədiyinin göstəricisidir.

Seçilən
32
teleqraf.com

1Mənbələr