
Avropa Birliyi doğum qabiliyyətinə mənfi təsir göstərə bilən TPO (trimethylbenzoyl diphenylphosphine oxide) maddəsi olan gel dırnaq boyalarının istifadəsini qadağan edib. Qadağa 1 sentyabr 2025-dən qüvvəyə minib və milyonlarla qadını əhatə edir. İngiltərə isə 2026-cı ilin sonunda eyni qadağanı tətbiq edəcəyini açıqlayıb.Uzun müddət qalıcı olması və davamlılığı sayəsində populyarlaşan gel manikür məhsulları gözəllik sənayesində geniş istifadə edilirdi.TPO nədir və niyə təhlükəlidir?Nail Order saytına görə, TPO gel ojelerin bərkiməsini sürətləndirən fotoiniçiator maddədir. O, dırnaq texnikləri və istehsalçılar tərəfindən qurutma müddətini qısaltdığı üçün üstünlük verilirdi.Lakin son araşdırmalar TPO-nun doğum qabiliyyətinə mənfi təsir göstərə biləcəyini və xərçəng riskini artırdığını ortaya qoyub. Buna görə də maddə artıq “CMR 1B” kateqoriyasına daxil edilib. Bu qrup “kanserogen, mutagen və ya çoxalma üçün toksik” sayılan maddələri əhatə edir.Markalar formullarını dəyişməli olacaqGel oje istehsalçıları məhsullarını TPO-suz formullarla bazara təqdim etməyə məcbur qalacaq. Bazarda artıq TPO-suz çox sayda alternativ mövcuddur.Ulusum.az
Diqqət Çəkənlər
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artdı
İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Reper Timati axtarışa verilib