AZ

Sankt-Peterburqun dörd muzeyində ziyarətçilər anonim təhdidlərdən sonra təxliyə edilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Sankt-Peterburqdakı dörd muzeyə - Dövlət Ermitajı, Faberje Muzeyi, Moyka sahilindəki Ümumrusiya Puşkin Muzeyi və Memorial Muzey-Liseyində anonim təhdid mesajlarından sonra təxliyə elan edilib.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, anonim şəxslər bu muzeylərdə guya təhlükəli əşyalar olduğunu bildiriblər.

Daha sonra Ermitajın mətbuat xidməti məlumat verib ki, muzeyin zallarına və xidmət sahələrinə baxış nəticəsində heç bir təhlükə aşkar edilməyib. Ermitajın bütün sərgi kompleksləri normal iş rejimi üçün açılıb.

Seçilən
85
1
azertag.az

2Mənbələr