AZ

Rubinyan və Cəlalzadə İrəvanda görüşüblər: Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu bəyan edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşdə İrəvanın diplomatik əlaqələr qurmağa və Türkiyə ilə sərhədləri dərhal açmağa tam hazır olduğunu təsdiqləyib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, tərəflər Ermənistan və Türkiyə arasında danışıqlar prosesini, həmçinin son regional hadisələri müzakirə ediblər.
"Ermənistan tərəfindən prosesi sürətləndirmək üçün heç bir maneə yoxdur. Biz günü sabah sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa hazırıq", - deyə Rubinyan vurğulayıb.
Seçilən
64
37
oxu.az

10Mənbələr