AZ

Samvel Karapetyanın vəkili Paşinyanın çəkicini yada saldı

Ermənistan Respublikasında Konstitusiya qüvvədə deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iş adamı Samvel Karapetyanın vəkili Aram Vardevanyan 9 sentyabrda keçirdiyi mətbuat konfransında bəyan edib.

Aram Vardevanyan dörd il əvvəl baş verənləri xatırlatmağı təklif edib.

Ad çəkmədən o, bir siyasi şəxsin əlində çəkiclə gəzərək mitinqdə müəyyən şəxslərin başını əzməklə hədələdiyini yada salıb. Yerli media Söhbətin baş nazir Nikol Paşinyandan getdiyini yazıb.

Vəkil həmçinin bildirib ki, həbslə bağlı məhkəmə aktı 104 səhifədən ibarətdir: onların 80 faizi müdafiənin mövqeyi, 10 faizi isə birinci instansiya məhkəməsinin qərarının təsviri ilə bağlıdır, yalnız kiçik bir hissəsi isə məhkəmənin təhlili və qərarının özüdür. İddiasına görə, təqibin səbəbi Karapetyanın potensial siyasi rəqib ola bilməsidir.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr