AZ

İsrail Qətərin paytaxtına zərbə endirib

Ajans.az xəbər verir ki,bu barədə məlumat IDF-nin rəsmi Telegram kanalında dərc olunub. İsrail ordusunun yaydığı açıqlamada bildirilir ki, hücumlar Fələstin HƏMAS hərəkatının yüksək rütbəli rəhbərliyini hədəfə alıb. Hadisənin dəqiq vaxtı və nəticələri barədə əlavə məlumat verilməyib. Rəsmi Doha və ya beynəlxalq təşkilatlar hücumla bağlı hələlik hər hansı şərh verməyiblər.

Qeyd edək ki, Qətər uzun illərdir HƏMAS və digər Fələstin qrupları ilə vasitəçi rolunda çıxış edir. İsrailin Dohaya birbaşa zərbə endirməsi regionda gərginliyin yeni mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.

Seçilən
42
Ajans.az

1Mənbələr