İsrail ordusu Qətərə aviazərbələr həyata keçirib.
Musavat.com Al Jazeera-ya istinadən xəbər verir ki, hücumlar Dohada qeydə alınıb və əsas hədəfin şəhərdə yerləşən HƏMAS rəhbərliyi olduğu bildirilir.
HƏMAS lideri Xalil əl-Hayya İsrail hücumunun əsas hədəfi olub.
"İsrailin Dohaya endirdiyi zərbə, həmin an danışıqlar aparan və Trampın təklifini müzakirə edən HƏMAS nümayəndə heyətinə yönəlmişdi" - Al Jazeera yazır.
Məlumata görə, hücum pilotsuz təyyarələrlə deyil, döyüş təyyarələri ilə həyata keçirilib.
Israil hücumdan əvvəl ABŞ-ı məlumatlandırıb.
Musavat.com
