AZ

Qurani-Kərimi yandıran Elxan Nəbiyevin Avropada özünə qəsd etdiyi xəbəri yayıldı

BAKI, 9 sentyabr. TELEQRAF

Bir müddət əvvəl sosial şəbəkələrdə Qurani-Kərimin yandırılması videosunu paylaşan şəxs Elxan Nəbiyevin intihar etdiyi bildirilir.

Teleqraf-ın xəbərinə görə, bu barədə Elxan Nəbiyevin dostları sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, E.Nəbiyev Avropa ölkələrinin birində yaşayıb. O, özünü ateist kimi təqdim edib.

Nəbiyev 2024-cü ildə Qurani-Kərimi kitabını yandırıb və sosial şəbəkədə paylaşmaqla gündəm olmuşdu.

E.Nəbiyev ölümündən əvvəl video paylaşıb və həmin görüntüdə bunları qeyd edib: "Hələlik, dostlar, mən sizdən ayrılıram. Siz bu videonu gördüyünüz gün bilin ki, mən sizdən ayrıldım".

Seçilən
34
teleqraf.com

1Mənbələr