AZ

Azərbaycan mədəniyyəti Haaqada keçirilmiş beynəlxalq festivalda böyük maraq və coşqu ilə qarşılanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi,Haaqa şəhər Meriyasının patronajlığı ilə təşkil olunan və artıqənənəyə çevrilmiş “Səfirlik Festivalı”nda iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qlobal sülh və ədalətinsimvolu sayılan Haaqanın mərkəzində – tarixi Lange Voorhoutmeydanında baş tutan bu möhtəşəm tədbir, bu il də dünya xalqlarınınzəngin mədəni irsini bir araya gətirərək “bir gündə dünya səyahəti”devizi altında minlərlə ziyarətçiyə unudulmaz anlar yaşadıb.Tədbirdə təxminən altmış ölkə öz milli pavilyonları ilə iştirakedərək, milli dəyərlərini nümayiş etdiriblər.

Bildirilib ki, bu mötəbər mədəniyyət platformasında qurulanAzərbaycan pavilyonu, öz zənginliyi və rəngarəngliyi ilə festivalınən çox ziyarət olunan guşələrindən birinə çevrilib. Burada təqdimolunan Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialına aidmateriallar və ekspanatlar, o cümlədən xalça nümunələri və milligeyimlərimiz, eləcə də plov, dolma, kabab, qutab, millişirniyyatlar kimi ləziz mətbəx nümunələri ziyarətçilərin böyükmarağına səbəb olub. Azərbaycan mədəniyyətinin dadı, rəngi və ruhubu pavilyonda bir araya gələrək ölkəmizi ləyaqətlə təmsil edib.

Haaqa şəhərinin meri Yan van Zanen Azərbaycan pavilyonuna başçəkərək, Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə vəorada toplaşmış soydaşlarımızla səmimi söhbət aparıb. O, ölkəmizinfestivalda fəal iştirakı ilə bağlı məmnunluğunu ifadə edib,Azərbaycan xalqının zəngin mədəni irsi və qonaqpərvərlikənənələrinə duyduğu dərin heyranlığını bölüşüb.

Festival çərçivəsində təşkil olunan musiqi proqramında Avropadayaşayan həmvətənlərimizdən ibarət “Qafqaz” rəqs qrupu səhnəyəçıxaraq, Azərbaycan milli rəqslərini təqdim edib. Rəqslərimizinritmi, estetikası və enerji dolu hərəkətləri festivaltamaşaçılarını valeh edib, ifalar böyük alqış və coşqu iləqarşılanıb. O qədər təsirli bir atmosfer yaranıb ki, çoxsaylıziyarətçi rəqqaslara qoşularaq Azərbaycan milli rəqslərini, ocümlədən “Yallı” rəqsini birlikdə ifa edib milli mədəniyyətimizə özrəğbətlərini nümayiş etdiriblər. Bu məqam, təkcə mədəniyyətimizindeyil, həm də birliyimizin və enerjimizin təntənəsinə çevrilib.

Bu festival, Azərbaycan mədəniyyətinin beynəlxalq platformadauğurla tanıdılması baxımından önəmli addım olmaqla yanaşı,xalqımızın irsini, qonaqpərvərliyini və yaradıcı ruhunu bir dahanümayiş etdirib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
47
1
az.trend.az

2Mənbələr