Reykyavik faciəsindən sonra AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Fernando Santuşun qalmasının, dünən istefaya göndərilməsindən sonra isə göndərilməsinin doğru qərar olduğunu bildirdi.
Belə qəribə yanaşmanı futbol ictimaiyyəti birmənalı qarşılamadı. Bu məqamı Sadıqovla söhbətdə aydınlaşdırmağa çalışdıq.
- Vaqif bəy, İslandiyadakı oyundan sonra Santuşun qalmasının, istefaya göndəriləndən sonra isə getməsinin doğru qərar olduğunu bildirdiz.
- Santuş istefaya göndərilməliydi. İslandiya ilə oyundan sonra demişdim ki, üç gün sonra Ukrayna ilə ağır oyun var, saxlamaq da olar. Amma AFFA-nın səbr kasası dolmuşdu. Qərar tam doğrudu. Ukrayna ilə üç gün sonrakı oyuna görə demişdim ki, qalsın, amma getməsi daha doğru qərardı.
- Ayxan Abbasovun əsas komandanı meydana çıxarmasına münasibətiniz necədi? Sizcə, əsas millinin köməkçi məşqçiləri qala-qala, U-21-in baş məşqçisinin bu vəzifəni öhdəsinə götürməsi nə dərəcədə doğrudu?
- Təcrübəmdə olan hadisədi. O vaxt Karlo Alberto Torres A millidən göndəriləndə mən U-21-də baş məşqçi idim. Məni əsas yığmaya təyin etdilər. Normaldı, olan hadisədi.
- Bəs kimi yığmanın baş məşqçiliyinə namizəd görürsüz? Ayxan Abbasovun özü qalsın?
- Yerli məşqçinin tərəfdarıyam. İndi bu yükün altına Ayxan girib. Ona uğurlar arzulayıram. Daimi olsun təki.
- Həm “Şamaxı”da, həm də millidə bacara bilər?
- Bu əsas milli komandadı. İki yerdə fəaliyyət məşqçi üçün ağırdı.
- Rəşad Sadıqovla Qurban Qurbanovun da adı çəkilir. Qurbanovun komandası ÇL-dadı. Bu gün üçün gəlməsi elə də real deyil. Bəs Rəşad Sadıqov variantını necə dəyərləndirirsiz?
- Bizdə xeyli məşqçi var ki, milliyə layiqdi. Rəşad Sadıqov da olar. Məcbur edirsən ki, deyim (gülür): İcraiyyə Komitəsinin iclasında həmişə Qurban Qurbanovla Rəşad Sadıqovu təklif edirəm.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta