AZ

Məktəbəqədər dövrdə sağlam qidalanma necə olmalıdır?

Mütəxəssislər bildirirlər ki, uşaqların gələcəkdə sağlam və məhsuldar fərdlər kimi yetişmələri üçün məktəbəqədər dövrdə yeterli və balanslı qidalanma həyati əhəmiyyət daşıyır. Bu yaşlarda formalaşan qidalanma vərdişləri, sonrakı illərdə yaranacaq qidalanma problemlərinin qarşısını almaqda əsas rol oynayır.


Pravda.az həkimlərin tövsiyələrini təqdim edir:


Uşaqlar hər gün süd məhsulları, ət və yumurta, tərəvəz-meyvə və taxıl qruplarından kifayət qədər qida qəbul etməlidirlər.


Gündə 2–3 stəkan süd və ya qatıq, bir yumurta və az miqdarda ət və ya paxlalılar uşağın protein ehtiyacını qarşılayır.


Səhər yeməyi uşaqlar üçün ən vacibidir və mütləq gündəlik vərdiş halına gətirilməlidir.


Qidalar 3 əsas və 2 ara yemək şəklində verilməlidir.

Şirniyyat, qazlı içkilər və hazır meyvə şirələri yerinə təzə meyvə, təbii meyvə şirəsi, süd və ayran tövsiyə olunur.

Sağlam həyat üçün uşaqlara əl yuma və diş fırçalama vərdişlərinin öyrədilməsi vacibdir.


Mütəxəssislər xəbərdarlıq edir ki, balanssız qidalanma nəticəsində anemiya, vitamin çatışmazlığı, diş çürüməsi və artıq çəki kimi problemlər məktəbəqədər uşaqlarda geniş yayılıb. Bu səbəbdən valideynlər və dayələr uşaqların düzgün qidalanmasına xüsusi diqqət yetirməlidirlər.


Əminə Bayramova 

Tarix: 9 Sentyabr 2025, 17:18   
Seçilən
21
pravda.az

1Mənbələr