AZ

Yasamalda məişət tullantıları olan ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində məişət tullantılarının yanması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Seçilən
135
3
operativmedia.az

10Mənbələr