AZ

GÜCLÜ ZƏLZƏLƏ- Bu ərazidə...

Ajans.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, Melaneziyada yerləşən ada dövləti Vanuatu yaxınlığında Rixter şkalası üzrə 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri suyun 10 kilometr dərinliyində, Vanuatunun İzangel şəhərindən 489 kilometr, Fici adalarının paytaxtı Suvadan isə 591 kilometr aralıda yerləşib. Hazırda dağıntılar və insan tələfatı barədə məlumat verilməyib. Hər hansı sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da daxilən bildirilməyib. Qeyd edək ki, bundan əvvəl də Sakit okeanın digər hissəsində – Şimali Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanların episentri Paramuşir adasında, Severo-Kurilsk şəhərindən 93 kilometr şərqdə yerləşib. Şəhər ərazisində təkanlar 3 bal gücündə hiss olunub. Mütəxəssislər bölgədə seysmik fəallığın artdığını qeyd edir və yerli əhalini ehtiyatlı olmağa çağırırlar.

 

Seçilən
80
Ajans.az

1Mənbələr