AZ

Azərbaycan millisinin baş məşqçisi postuna ilk namizəd açıqlandı: O, geri qayıdır?

İtaliyalı mütəxəssis Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biridir.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Portuqaliyalı Fernando Santosla yollar ayrıldıqdan sonra AFFA yığmaya yeni baş məşqçi axtarırır. De Byazi daha əvvəl də Azərbaycan millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2020-ci ilin sentyabrından 2023-cü ilin noyabrına qədər 39 oyun keçirib və bu görüşlərdə 10 qələbə, 8 heç-heçə və 21 məğlubiyyət qeydə alıb (top fərqi: 34–56).

Təcrübəli mütəxəssis bundan əvvəl “Deportivo Alaves”, Albaniya yığması, “Udineze”, üç dəfə “Torino”, “Levante”, “Breşiya”, “Modena”, “SPAL”, iki dəfə “Kozensa”, “Karpi” və “Vasteze” klublarında da baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı bu gün Bakıda keçiriləcək oyunda yığmaya müvəqqəti olaraq U-21 millisinin çalışdırıcısı Ayxan Abbasov rəhbərlik edəcək.

Seçilən
54
publika.az

1Mənbələr