AZ

38 nömrəli orta məktəbdə müəllimlərdən təmir pulu yığılır? - BŞTİ araşdırmalara BAŞLADI

Paytaxtdakı 38 nömrəli tam orta məktəbdə sinif otaqlarının təmiri ilə əlaqədar vəsait toplanması barədə məlumatlar yayılıb.

Redaktor.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ araşdırılacaq.

Qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Bakıdakı 38 nömrəli məktəbin müəllimləri elm və təhsil naziri Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq, məktəb rəhbərliyi tərəfindən onlardan sinif otaqlarının təmiri üçün pul yığıldığını və digər qanun pozuntularını çatdırıblar.

Seçilən
16
1
redaktor.az

2Mənbələr