AZ

Daxili qoşunlar dövlətçilik və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır – Səbinə Salmanova

Bakı. Trend:

“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeniqanun layihəsinin hazırlanmasını vacib hesab edirəm və sənədinparlamentin plenar iclasına tövsiyə olunmasına səs verəcəyəm.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentinMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsininbugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, daxili qoşunlar ictimai asayişintəmin olunmasında, dövlətçiliyin və vətəndaşlarımızıntəhlükəsizliyinin qorunmasında mühüm rol oynayır:

“Bu səbəbdən onların fəaliyyətinin hüquqi əsaslarının dəqiqmüəyyənləşdirilməsi zəruridir. Qanun həm daxili qoşunlarınstatusunu, hüquq və vəzifələrini, həm də onların səlahiyyətdairəsini aydın şəkildə tənzimləyəcək. Bu qanun layihəsihüquq-mühafizə sistemimizin daha da təkmilləşməsinə, dövləttəhlükəsizliyinin möhkəmlənməsinə və ictimai asayişin etibarlışəkildə qorunmasına xidmət edəcək”.

Deputat qanun layihəsi ilə bağlı aşağıdakı təkliflə çıxışedib:

“Sənədin 15.2-ci maddəsində “vəzifələri həvalə edildikdə”sözləri “hüquqları verildikdə” sözləri ilə, “onlara” sözünün“onlar” sözü ilə, “hüquqları şamil olunur” sözləri “hüquqlarındanistifadə edirlər” sözləri ilə əvəz edilməlidir”.

S.Salmanova qeyd edib ki, yeni qanun layihəsinin 15.2-ci maddəsiaşağıdakı kimidir:

“Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyətizamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarınınvəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşınınhüquqları şamil olunur”.

Seçilən
20
az.trend.az

1Mənbələr