
“Global Flotilla of Sumud” (GSF) təşkilatının məlumatına görə, flotiliyanın əsas gəmilərindən biri — Family Boat pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Hadisə barədə məlumat GSF-in Instagram hesabında paylaşılıb.Məlumata əsasən, hadisə zamanı gəmi Portuqaliya bayrağı altında Qəzza sektoruna tərəf hərəkət edirmiş. Gəminin göyərtəsində flotiliyanın idarə heyətinin üzvləri olub. Hücum nəticəsində sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb, hamı təhlükəsizdir.Xatırladaq ki, avqustun 31-də isveçli eko-aktivist Qreta Tunberq flotiliyanın liderliyini öz üzərinə götürərək İspaniyadan Qəzza istiqamətinə yola çıxıb.Humanitar yardım yüklənmiş gəmilər Barselona limanını tərk edib. Aksiyanın iştirakçıları Qəzza sakinlərinə ərzaq, içməli su və vacib dərman preparatları çatdırmağı hədəfləyir. Onların əsas tələbi Qəzzaya təhlükəsiz keçid təmin etmək və humanitar dəniz dəhlizinin açılmasıdır.Əvvəlcə flotiliyaya təxminən 20 gəmi daxil idi, lakin final mərhələdə bu sayın 70-ə qədər artacağı gözlənilir.Ulusum.az
Diqqət Çəkənlər
İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artdı
Məşhur xanəndə Alim Qasımov qızı haqqında yazdı