Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "Slovenia Nations Cup" yoldaşlıq turnirində mübarizə aparan gənclər sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandasına böyük hesabla uduzub.
"Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli komandamız ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.