AZ

Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi olaraq dəyişməsi ölkə iqtisadiyyatının hərbiləşməsinə işarədir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aylardır Nobel Sülh Mükafatını almaq istədiyini bəyan edən ABŞ prezidenti Donald Tramp ziddiyyətli görünən addım atıb. Tramp Müdafiə Nazirliyinin adını Müharibə Departamenti adlandırıb. Cümə günü adının dəyişdirilməsi ilə bağlı sərəncamı imzalayan Trump, bunun ABŞ-ın hesaba alınmalı bir güc olduğunu dünyaya göstərəcəyini söylədi və "müdafiə" adının "oyandığını" vurğuladı. "Oyanmaq" sosial ədalətsizliklərə, xüsusən də irqçiliyə qarşı "sayıq olmaq" deməkdir, lakin bu termin indi bu məsələlərə yönəlmiş solçu fəallığı pisləmək üçün geniş istifadə olunur. Yeni Müharibə Naziri, keçmiş Müdafiə Naziri Pete Hegseth də qərardan sonra "Biz yalnız müdafiə deyil, hücuma da gedirik" dedi.

ABŞ Müdafiə Nazirliyi 1789-1947-ci illərdə "Müharibə Departamenti" adlanırdı və şöbənin indiki adı İkinci Dünya Müharibəsindən sonra qəbul edilmişdir. Hegseth ölkəsinin ad dəyişikliyindən sonra heç vaxt müharibə qazanmadığını, prezident Tramp isə ABŞ-ın uzun müddətdir “qazanmaq üçün mübarizə aparmamasından” şikayətlənib. Yeni adın rəsmi olaraq qüvvəyə minməsi üçün Konqresin təsdiqi tələb olunur. Halbuki bundan əvvəl Müdafiə Nazirliyinin binasında “müdafiə” əvəzinə “müharibə” yazılmış lövhə və yazılar asılmışdı. Pentaqonun internet saytının ünvanı da “defense.gov”dan “war.gov”a dəyişdirilib. Departamentin şəxsi heyəti üçün üzərində “müharibə” yazısı olan yeni dəftərxana ləvazimatlarının da hazırlandığı bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, ad dəyişikliyi təkcə Pentaqonda deyil, həm də bütün dünya üzrə bazalarda lövhələrin və rəsmi sənədlərin yenilənməsini tələb edəcək və bu, çox bahalı proses olacaq.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampın ABŞ prezidenti olaraq həmişə özünəməxsus yanaşmaları var, indi də məhz Müdafiə Nazirliyinin adını "Müharibə Nazirliyi" kimi dəyişmək qərarını verib. Hərbi ekspertin fikrincə, ad dəyişməsi ilə bu nazirliyin funksiyası dəyişməyəcək.

Şair Ramaldanov

“Müdafiə Nazirliyi adı daha məntiqli idi. Çünki dünyada bütün ölkələr sülhü gözləmək və sülh şəraitində yaşamaq niyyətindədirlər. Belə olduqda, məsələ məntiq üzərində qurularsa, Müdafiə Nazirliyi bu ölkənin ərazi bütövlüyünü xarici təcavüzdən müdafiə etmək anlamına gəlir. Məntiqlə bu izah belədir. Müharibə isə artıq aktiv fazadır. İstər hansısa təcavüzə cavab vermək, ya da təcavüz etmək və müharibə deyəndə bu da artıq prosesin özüdür. Müharibə o vaxt adlanır ki, ölkədə səfərbərlik elan edilir, ölkənin iqtisadiyyatı daha çox hərbiləşir və bütün proseslər məhz müharibə üçün işləməyə başlayır. Bu, müharibə anlamına gəlir”-deyə Şair Ramaldanov qeyd edib.

Hərbi ekspert hesab edir ki, bu gün Donald Tramp bu nazirliyi "müharibə" adı ilə görür, amma Trampdan sonra başqası hakimiyyətə gələrsə, o da nazirliyi başqa adla görər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
bizimyol.info

1Mənbələr