Budapeşt Qərbdən qaz alması üçün uzunmüddətli saziş bağlamaq niyyətindədir.
Publika.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Lakin nazir hansı həcmlərin müzakirə edildiyini, tədarük müqaviləsinin kimlərlə imzalanacağını və nə vaxt başlayacağını açıqlamayıb.
O qeyd edib ki, Macarıstan bir təchizatçıdan asılı qalmamaq üçün qaz tədarükünü diversifikasiya etmək üçün ciddi səylər göstərir. "Nə qədər çox marşrut, bir o qədər çox qaz ala bilsək, bir o qədər təhlükəsiz olacağıq", - deyə Siyarto öz fikirlərini bölüşüb.