AZ

Avstriya və Ermənistan Bakı-İrəvan münasibətlərinin normallaşmasını müzakirə edib

Avstriya və Ermənistan Bakı ilə İrəvan arasında əldə edilmiş Vaşinqton razılaşmalarını müzakirə edib.

Bu barədə Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 9-da Avstriyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Şurasının Xarici İşlər Komitəsinin sədri Petra Bayer və deputat Vayt Denqlerlə görüşüb.

Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlər müzakirə edilib.

Bundan əlavə, görüş iştirakçıları ikitərəfli əməkdaşlıq məsələlərinə toxunub, iqtisadi əlaqələrin inkişafının və investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr