AZ

Dan Riveranın ölüm səbəbi məlum oldu: "Annabelle" kuklası otaqda deyildi

Ajans.az xəbər verir ki,bu barədə TMZ və People Magazine məlumat yayıb. Rivera 54 yaşında vəfat edib. O, ölkə boyu "Annabelle" kuklası ilə birlikdə təşkil edilən “İblislər qaçışda” (Demons on the Run) adlı turda iştirak edirdi. Adams County məhkəmə-tibbi eksperti Frencis Dutrow, Riveranın ölüm səbəbinin ürəklə əlaqəli təbii hallar olduğunu təsdiqləyib. Məhkəmə ekspertizasının nəticələrinə əsasən, Rivera əvvəldən mövcud olan ürək problemlərindən əziyyət çəkirmiş. Hadisə zamanı otaqda hər hansı şübhəli vəziyyət və ya zorakılıq izinə rast gəlinməyib. Həmçinin bildirilir ki, ölüm anında məşhur “Annabelle” kuklası otaqda olmayıb. Polis hesabatında qeyd olunub ki, Rivera otel otağında otel əməkdaşları tərəfindən ölü halda tapılıb. Pensilvaniya əyalət polisi hadisə yerində qeyri-adi heç bir halın olmadığını bəyan edib. Məlumata görə, Rivera həmin gün səhər saatlarında özünü pis hiss etdiyini bildirib və otağına çəkilib. Onun konkret olaraq hansı səbəbdən narahat olduğu məlum deyil. Rivera, Yeni İngiltərə Psixik Tədqiqatlar Cəmiyyətinin (NEPRS) baş tədqiqatçısı idi və paranormal hadisələrlə bağlı araşdırmaları ilə tanınırdı. Xüsusilə, “Annabelle” kuklasının qaranlıq tarixi ilə bağlı apardığı işlər onu bu sahədə məşhurlaşdırmışdı. Xatırladaq ki, "Annabelle" kuklası ilk dəfə 2013-cü ildə ekranlaşdırılmış “The Conjuring” filmində geniş auditoriyaya tanıdılıb və daha sonra 2014-cü ildə “Annabelle” adlı spin-off filmə ilham verib.

 

Seçilən
26
Ajans.az

1Mənbələr