AZ

Yekun sülh müqaviləsi imzalanandan sonra Naxçıvana maneəsiz keçid tam şəkildə təmin olunacaq

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Regionda müəyyən bir gərginlik var. Böyük güclər, yəni Rusiya, ABŞ və Çin öz maraqlarını dünya bölgüsündə müəyyənləşdiriblər və bu istiqamətdə də bütün proseslər inkişaf edir. Cənubi Qafqazın prinsip cəhətdən Rusiya orbitindən çıxma ehtimalı azdır. Rusiya öz maraqlarını qoruyacağı haqqında açıq-aydın fikir bildirib. Zəngəzur dəhlizinin açılması istiqamətində maneələr böyük deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, Zəngəzur dəhlizi açılacaq, Azərbaycan maraqları orada tam şəkildə təmin olunacaq.

Şair Ramaldanov

“Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanması ilə bağlı ABŞ-da imzalanan deklarasiyadan sonra Azərbaycan-Ermənistan arasında da münasibətlər sabitləşəcək, sülhə doğru gedəcək. Yekun sülh müqaviləsi imzalanandan sonra Azərbaycan vətəndaşlarının və yüklərin Naxçıvana maneəsiz keçməsi də tam şəkildə təmin olunacaq”-deyə ekspert qeyd edib.

Şair Ramaldanovun sözlərinə görə, Prezident İlham Əliyevin bu gün xarici siyasətində tutduğu çəki, apardığı işlər Azərbaycanın maraqlarını suveren ölkə kimi beynəlxalq normalar çərçivəsində müdafiə etmək imkanına malikdir: “Azərbaycan maraqları hər yerdə qəbul olunur. Azərbaycan öz siyasətini beynəlxalq normalar çərçivəsində quraraq, öz maraqlarını suveren ölkə kimi müdafiə edir və öz siyasətini bu istiqamətdə qurur”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
bizimyol.info

1Mənbələr