Bakı. Trend:
Daxili qoşunların maliyyə təminatının hüquqi əsasıyaradılacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların maliyyə təminatı dövlətbüdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına həyatakeçiriləcək.
Daxili qoşunların maliyyələşdirilməsi Azərbaycan dövlətbüdcəsində ayrıca sətirlə müəyyən ediləcək.
Daimi yerləşdiyi yerlərdən kənarda xidməti vəzifələrin yerinəyetirilməsinə cəlb olunmuş daxili qoşunların hərbi qulluqçularınınxidməti yaşayış sahələri, kommunal xidmətlər, rabitə xətləri vəkanalları, nəqliyyat vasitələri, yanacaq-sürtgü materialları, əlavəqida məhsulları ilə təmin edilməsi dövlət büdcəsinin vəsaitihesabına həyata keçiriləcək.