AZ

Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul ediləcək

Bakı. Trend:

“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” QanunAzərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimaiqayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycandaxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti,hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasınınhüquqi əsaslarını müəyyən edəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bu qanunda istifadə olunan əsas anlayışlaraşağıdakı mənaları ifadə edəcək:

  • daxili qoşunlar – Silahlı Qüvvələrin tərkibhissəsi olmaqla, bu qanunda nəzərdə tutulan fəaliyyətistiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxilolan silahlı birləşmə;
  • döyüş texnikası – silah kompleksi və onundaşıyıcısından ibarət olan hərbi texnika;
  • fəal mühafizə vasitələri – hücum, müqavimət,tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilənpsixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər,əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları,xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər vəatlar);
  • fərdi qoruyucu mühafizə vasitələri – şəxsiheyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilənqəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular,güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);
  • fiziki qüvvə – insan əzələlərinin gərilməsinəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərməkqabiliyyəti;
  • xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə vəmüddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçiriləntədbirlər kompleksi;
  • xüsusi əməliyyatların keçirilməsini təmin edənvasitələr – qrup halında basqı, müqavimət, tabe olmamahallarının qarşısının alınması, keçilməz sədlərin dağıdılması,kütlə, avtonəqliyyat vasitələrinin məcburi dayandırılması və yaonların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadəolunan xüsusi texnika;
  • xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcıqaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların vəqumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu vəvasitələr;
  • xüsusi texnika – daxili qoşunların xidmətivəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunantexniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlımaşınlar və avadanlıqlar;
  • xüsusi vasitələr – fərdi qoruyucu mühafizə,fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edənvasitələr;
  • obyektlərin mühafizəsi – obyektlərintəhlükəsizliyinin təşkili, orada olan şəxslərin həyat vəsağlamlığının qorunmasına yönəlmiş tədbirlər.

Bu qanunda istifadə olunan digər anlayışlar AzərbaycanRespublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuşmənaları ifadə edəcək.

Daxili qoşunlar haqqında qanunvericilik Konstitusiya, AzərbaycanRespublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr,“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun, buqanun və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativhüquqi aktlardan ibarət olacaq.

Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habeləsosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlıdaxili qoşunların fəaliyyəti “Fövqəladə vəziyyət və sosialxarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında”qanunlarla tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərininintizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbinizamnamələri və Əmək Məcəlləsi ilə tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinininzibati və cinayət məsuliyyəti müvafiq olaraq İnzibati XətalarMəcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının dövlətə vurduqlarıziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanınmiqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları “Hərbiqulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətihaqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Qanunlatənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərininxidməti vəzifələrinin icrası zamanı son zərurət və zəruri müdafiəvəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquqpozuntularına görə mülki məsuliyyəti Mülki Məcəllə ilətənzimlənəcək.

Seçilən
108
50
az.trend.az

10Mənbələr