Ermənistanparlamentinin sədr müavini Ruben Rubinyan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
Missiya.Az “NEWS.am”a istin adən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.
"Dost İran ilə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlər Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Qarşılıqlı səfərlər isə fəal dialoq və sıx əməkdaşlığı davam etdirməklə ikitərəfli gündəliyin daha inklüziv olmasına kömək edir", - deyə Rubinyan bildirib.
Məlumata görə, həmsöhbətlər son regional hadisələri müzakirə ediblər.
Daşqın HəsənovMissiya.Az