AZ

22 bankdan 15 i yeni nəsil rəqəmsal imza olan SİMA nı tətbiq edib

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda fəaliyyət gəstərən 22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-dan istifadə edir.

Bunu “AzInTelecom" rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə Şirkətin İdarə heyətinin sədri Elxan Əzizov deyib.

“Qalan 7 bandan 4-ü ilə müqavilə imzalamışıq və inteqraiya prosesləri davam edir. 3 bankda isə SİMA-nın tətbiqinə başlanılmayıb”, - deyə Əzizov əlavə edib.

“Azintelecom” MMC-nin İdarə heyətinin sədri əlavə edib ki, Azərbaycanda 140-a yaxın dövlət qurumu informasiya sistemlərini “Hökumət buludu”na köçürüb.

“Hazırda “Azintelecom”un Abşeron və Hacıqabul Milli Data Mərkəzlərinin də tikintisi davam edir”, - deyə E.Əzizov əlavə edib.

Son 4 ildə “Azintelecom”un bulud xidmətlərindən istifadə 5 dəfə artıb.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
marja.az

1Mənbələr