AZ

Dəhşətli zəlzələ baş verdi - Bu ərazidə...

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində zəlzələ qeydə alındığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Rixter şkalası üzrə 5,1 bal gücündə olan təkanlar bu gün saat 12:27-də Çeşmə sahillərində hiss olunub.

AFAD-ın məlumatına görə, yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. İlkin qiymətləndirmələr nəticəsində hadisə ilə bağlı nə insan itkisi, nə də ciddi dağıntı qeydə alınıb.

Hazırda əraziyə aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır. Mütəxəssislər isə ehtiyat tədbirlərinə əməl etməyin vacibliyini vurğulayaraq bölgə əhalisini mümkün afterşoklara qarşı diqqətli olmağa çağırıblar.

Seçilən
15
2
ekologiya.az

3Mənbələr