AZ

Xəzər dənizini Aral gölünün faciəsi gözləyir – Alimdən xəbərdarlıq

Xəzər dənizində suyun səviyyəsinin azalması artıq kritik həddə çatmaq üzrədir.

Musavat.com xəbər verir ki, bu barədə İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Möhsün Muhammedi açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər təxirəsalınmaz tədbirlər görülməsə, Xəzəri də Aral gölünün taleyi gözləyə bilər.

Mütəxəssisin sözlərinə görə, son illərdə iqlim dəyişikliyi, çay axınlarının zəifləməsi və antropogen amillər Xəzərdə sürətli quruma prosesini gücləndirib. O, region ölkələrinə çağırış edərək, ekoloji fəlakətin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və konkret proqramların hazırlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Aral gölünün faciəsi XX əsrin ən böyük ekoloji fəlakətlərindən biri sayılır və bu gün artıq gölün böyük hissəsi xəritədən silinib. Eyni ssenarinin Xəzərdə də yaşanmaması üçün alimlər uzun müddətdir həyəcan təbili çalır.

Seçilən
30
2
ekologiya.az

3Mənbələr