AZ

Koşta: Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirməlidir

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi üzərində işi davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta mətbuat konfransında bildirib.

O, Ukraynaya dəstəyin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi ilə birləşdirilməsinin vacibliyini vurğulayıb.

"Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün biz Kiyevə dəstəyimizi davam etdirməli və eyni zamanda Rusiyaya təzyiqi gücləndirməliyik. Bunun üçün sanksiyaları genişləndirmək və onları tərəfdaşlarımızla, ilk növbədə ABŞ ilə əlaqələndirmək son dərəcə vacibdir", - sədr qeyd edib.

Siyasətçinin sözlərinə görə, hazırda Aİ Vaşinqtonla birlikdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
126
2
bakivaxti.az

3Mənbələr