AZ

BMTM: Azərbaycanın enerji resursları Naxçıvandan Türkiyəyə, oradan da Avropaya ixrac ediləcək

Məqsədimiz 2030-a qədər bərpa olunan enerjinin ümumi istifadədəki payının 35%-ə yüksəldilməsidir.


APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) şöbə müdiri Şahmar Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Yaşıl və Rəqəmsal dəyişikliklər fonunda təminat zənciri əməkdaşlığı” sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu rəqəm 22% təşkil edir.


Şahmar Hacıyev COP29 sammitinin Azərbaycanda “Yaşıl Keçid” prosesinə təkan verdiyini vurğulayıb.


Azərbaycan və Türkiyənin enerji tranziti sahəsindəki əməkdaşlığına toxunan Hacıyev Azərbaycanın enerji resurslarının Naxçıvandan Türkiyəyə, oradan da Avropaya ixrac ediləcəyini bildirib.

Seçilən
15
2
apa.az

3Mənbələr