AZ

Məcburi köçkünlərlə bağlı məsuliyyətsiz açıqlamalar media etikasına ziddir

Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlərdən danışarkən diqqətli olmaq lazımdır. Bütün hallarda cəmiyyətə təqdim olunmuş mövqe əsaslı olmalıdır. Nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı çoxmərhələli və genişmiqyaslı prosesdir. Bu prosesdə insanların istəyi və iradəsi vacib elementdir, ancaq yeganə şərt deyil. Proses dövlətin nəzarətindədir. Eyni zamanda, cəmiyyətin birgə səyləri də həlledicidir. Ona görə də "keçmiş məcbiri köçkünlər yurdlarına keflərindən qayıtmır" kimi cümlələrlə məsuliyyətsiz danışmaq əvəzinə, bir neçə istiqamətdə sistemli və ardıcıl addımlar atılmasının zəruriliyini başa düşmək lazımdır.

1. Təhlükəsizlik təminatı

- Mina və partlamamış hərbi sursatların təmizlənməsi- insanların təhlükəsiz qayıdışı üçün birinci şərtdir.
- Dövlət sərhədlərinin qorunması, polis və digər hüquq-mühafizə strukturlarının fəaliyyəti önəmli məsələdir.
- Daimi sabitlik və sülh mühiti- bölgədə yenidən münaqişə riskinin olmaması da aktualdır.

2. İnfrastrukturun bərpası

- Elektrik, qaz, su, rabitə və internet şəbəkələri qurulmalıdır.
- Yollar, körpülər, dəmir yolları və ictimai nəqliyyat sistemi bərpa edilməlidir.
- Məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektlər istifadəyə verilməlidir.

3. Yaşayış şəraitinin yaradılması

- Çoxmənzilli binalar və fərdi evlər tikilməlidir ki, köçkünlərin əvvəlki kənd və şəhərlərinə qayıdıb yaşaya bilsinlər.
- Kommunal xidmətlərin davamlılığı-su, istilik, tullantıların idarə olunması- təmin edilməlidir.
- İctimai xidmət mərkəzləri (ASAN, DOST və b.), iaşə obyektləri mövcud olmalıdır ki, əhalinin həyati ehtiyacları qarşılansın.

4. İqtisadi təşəbbüskarlıq

- Məşğulluq imkanları- kənd təsərrüfatı, sənaye, xidmət və turizm sahələrinin inkişaf etməlidir.

- Kiçik və orta biznesə dəstək (kreditlər, güzəştlər, təlimlər) verilməlidir.
- Bölgəyə investisiya qoyulmalı, yerli və xarici sərmayələr cəlb olunmalıdır.

5. Sosial və psixoloji amillər

- Reinteqrasiya layihələri həyata keçirilməlidir. Məsələn, Laçının işğalından bir həftə sonra doğulmuş şəxsin indi 33 yaşı, məktəbə gedən uşaqları var. Artıq doğma yurdunu görməmiş 2 nəsil mövcuddur.

Seçilən
37
aznews.az

1Mənbələr