AZ

İran hökuməti yeni doğulan körpələrə dövlət səhmi ayıracaq

Bakı. Trend:

İran hökuməti ailə və gənc cəmiyyətə dəstək qanunu çərçivəsində2021-cil ildən bəri doğulan uşaqlara dövlət səhmi ayıracaq.

Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2021-ci ildə doğulan uşaqlar üçün 15 milyonrial (təxminən 26 dollar), 2022-ci ildə doğulan uşaqlar üçün isə 23milyon rial (təxminən 40 dollar) dəyərində dövlət səhmi nəzərdətutulub.

Mohacerani bildirib ki, bu səhmlər dövlət fondlarının satılabilən səhmləridir. Bunun üçün lazımi maliyyə ehtiyatları nəzərdətutulub.

Hökumət rəsmisi əlavə edib ki, qeyd olunan tarixdən yeni doğulanuşaqların qeydiyyatdan keçməyən valideynlərindən 681 min nəfəriindiyədək qeydiyyatdan keçib. Bu səhmlərin ayrılması prosesibaşlanacaq.

Qeyd edək ki, sözügedən səhm İranda “Ədalət Səhmləri”adlandırılır. Bu səhmlər hökumətin kooperasiya şirkətləritərəfindən az təminatlı ailələrə ayırdığı səhmlərdir. Müəyyənolunan hökumət səhmlərinin bir hissəsi “Ədalət Səhmləri” iləaztəminatlı ailələrə satılır.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr